Aytəkin Məmmədov

Aytəkin Məmmədov

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir.

1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Göyəli kənd qəbristanlığında dəfn edilmişdir.

Göyəli kənd orta məktəbi onun adını daşıyır, qəhrəmanımızın büstü qoyulub.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir