Azər Yusifli

Azər Yusifli

(28 mart 1994; Ağstafa rayonu, Azərbaycan — 26 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

usifli Azər Nazim oğlu, 1994-cü il mart ayının 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Muğanlı kəndində alıb. Orta məktəbi bitirdikdən sonra 2012-ci ilin aprelində hərbi xidmətə yollanır və Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik çavuş rütbəsi ilə xidmət edir. Qəhrəmanımız  gələcəkdə də fəaliyyətini vətəninə, torpağına xidmət   etmək eşqində olur. Beləliklə də həqiqi hərbi xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra müvafiq sənədlərini Sərhəd Qoşunlarına təqdim edir . Azər bütün meyarlarına görə yüksək qiymətləndirilərək arzu etdiyi işə qəbul olunur.

Azər Yusifli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuqu idi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş giziri olan Azər Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Yusifli oktyabrın 26-da Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı“Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
18.08.201926.06.202009.12.202015.12.202024.12.2020