Bəxtiyar Aslanov

Bəxtiyar Aslanov

(28 dekabr 1998-ci il, Nafatalan şəhəri – 27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə Naftalan şəhərində dünyaya göz açmışdır. Əslən Şuşa rayonundan idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşmışdır. Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə qulluq etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar Aslanov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi axtarıldıqdan 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılmış və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılmışdır.

Şəhid haqqında ətraflı məlumatı göndərdiyinə görə Sevindik Nəsiboğlu‘na təşəkkürümü bildirirəm.