Babək Namazov

Babək Namazov

(15 May 1994; Əliyaqublu kəndi, Şəmkir rayonu — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Həmin vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.