Böyükağa Şahverdiyev

Böyükağa Şahverdiyev

Şahvediyev Böyükağa  Savalan oğlu – 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub.

2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.

2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Böyükağa Şahvediyev  Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 08 oktyabr 2020-ci il tarixdə Füzuli, Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olmuşdur.

Subay idi.

Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa  Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.