Cavanşir Əhmədov

Cavanşir Əhmədov

(6 may 2001 Xırdalan şəhəri — 4 noyabr 2020 Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Cavanşir Əhmədov Elxan oğlu 2001-ci il may ayının 6-sı Xırdalan şəhərində anadan olmuşdur. 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məkdəbində təhsil almağa başlamışdır. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib: ağır atletika ilə məşqul olmuş və bir neçə uğura imza atmışdır. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində yerləşən “Odlar Yurdu” Kollecinə daxil olub.

Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanmışdır. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020 – ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır və Cavanşir Əhmədov müxtəlif istiqamətlərdə döyüşlərə qatılmışdır. Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin 4 noyabr tarixində Laçın rayonunun Səfiyan kəndində vuruşmuşdur, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüşə davam etmişdir. Yaralı olduğu halda, döyüş yoldaşına kömək etmək istəyərkən, güllə böyrək nahiyyəsinə tuş gəlmişdir və Cavanşir Əhmədov şəhid olmuşdur. Cavanşir Əhmədovun nəşi 26 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir və böyük izdihamla Bərdə rayonunun Alpoud kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Laçının azad olunmasına görə” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə medalı (ölümündən sonra)“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
15.12.202029.12.202029.12.202030.12.2020