Ceyhun Isayev

Ceyhun Isayev

(26 oktyabr 2001, Quba rayonu, Gültəpə kəndi – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Şəhid Ceyhun Rüstəm oğlu İsayev 26 oktyabr 2001-ci ildə Qubanın Gültəpə kəndində doğulub. 2009-cu ildə Gültəpə kənd tam orta məktəbinin 1-ci sinifinə gedir. Məktəbi bitirdikdən sonra Quba Tibb Kollecinə qəbul olub. 2019-cu ildə hərbi xidmətə getmək yaşı çatdığından təhsilini müvvəqqəti dayandıraraq əsgərliyə yollanıb.

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun əvvəlcə Talış kəndinin, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Qəhrəman döyüşçü sonradan Füzuli istiqamətində döyüşə qatılıb. Oktyabrın 26-da baş verən şiddətli döyüşdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Həmin gün Ceyhunun 19 yaşı tamam olurdu.

Vətən müharibəsi günlərində Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızın bir qisminin fotolarını paylaşmışdı. Oktyabrın 20-də şəkilləri bütün mətbuatımızda yer alan həmin döyüşçülər arasında Ceyhun İsayev də vardı.

Şəhid Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

“Vətən uğrunda” medalı“Suqovuşanın azad olunmasına
görə” medalı