Rəşad Ələkbərov

Rəşad Ələkbərov

(15 sentyabr 1997, Gəncə şəhəri – 9 noyabr 2020, Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir.

Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir.

2017-2019-cu illərdə ildə Ağcabədi, Füzuli rayonlarında hərbi xidmətdə olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib .Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202018.12.202018.12.202029.12.2020