Əliqismət Yaqublu

Əliqismət Yaqublu

Əliqismət Mükafat oğlu Yaqublu (18 aprel 1992; Lerik rayonu – 5 noyabr 2020; Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Evli idi. İki az yaşlı Əliəsgər və Məhəmməd adlı övladları var.

Təlim Tədris Mərkəzində hərbi biliklərini inkişaf etdirən Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alır, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirir. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərir. 2016-cı il “Aprel döyüşləri”ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu “Aprel döyüşləri”ndən sonra Qobustana təyinat alır. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə göndərilir. 2018-ci ildən baş leytenanta Xüsusi Təyinatlı Qüvvələrin Kimya Xidmət rəisi kimi mühüm vəzifə tapşırılır.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilir. Əliqismət Yaqublu Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarır. Baş Leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi, atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliqismət Yaqublu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, Baş Leytenant Əliqismət Yaqublu Mükafat oğlu (ölümündən sonra) Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202015.12.202029.12.2020
“Kəlbəcərin azad olunmasına
görə” medalı
(ölümündən sonra)
”Xocavəndin azad olunmasına
görə” medalı
(ölümündən sonra)
“Şücaətə görə” medalı
24.12.2020