İsmayıl Səmədov

İsmayıl Səmədov

(9 avqust 1990; Zaqatala rayonu, Azərbaycan — 11 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc кəndində anadan olub. 1996-2005-ci illərdə Q. Qocayev adına Lahıc кənd tam orta məкtəbində, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

İsmayıl Həsənov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan İsmayıl Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Səmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(26.06.2020) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)