Elmir Əliyev

Elmir Əliyev

Əliyev Elmir Süleyman oğlu 22 noyabr 1980 -ci ildə Ağdam rayonu İsmayılbəyli kəndində anadan olmuşdur.

Elmir Əliyev anası Rusət Məmmədovanın və babası Məhərrəm Məmmədovun himayəsində böyümüşdür. Məhərrəm baba da 1941-1945 ci il Veteranı olmuşdur. Uşaq vaxtından babası onu Vətənə layiqli övlad olaraq böyütmüşdür. Bu igidlik də ona babasından keçib. 1987-ci ildə Ağdam rayonu Pirzatlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, torpaqlarımızın işğal olunması ilə əlaqədar 1997-ci ildə Bərdə rayonu Adil Məlikov adına Şorəlli kənd orta məktəbini bitirmişdir. 5 yanvar 1999-cu ildə Tovuz rayonu Ağdam-Əlibəyli kəndlərində hərbi xidmətdə olmuşdur.

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 3 noyabr 2020-ci il səhər saatlarında Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən 1 gün əvvəl anasına zəng edib deyib ki, “Hər şey yaxşı olacaq. Vəziyyət əladır. Başını dik tut sən şəhid anası olassan.”

Ailəlidir, 2 övladı var.

Qardaşına deyib ki, mən şəhid olsam, uşaqlarım sənə əmanət.

Qeyd edim ki, könüllü şəkildə gedib döyüslərə.