Elşad Abbaszadə

Elşad Abbaszadə

(Tərtər, Azərbaycan – 25 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Elşad Abbaszadə Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Kiçik çavuş Elşad Abbaszadə 2016-cı ildə, martın 25-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 25-i isə Elşad Abbaszadə doğulduğu Tərtər rayonunun Kəngərli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Abbaszadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elşad Abbaszadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Elşad Abbaszadə haqqında maraqlı məqam isə onun şəhid olmasından 7 gün sonra, aprelin 2-sində Azərbaycan-Ermənistan təmas xəttində 24 ildən sonra tarixinin ən qanlı atışmalarından biri, Aprel döyüşlərinin başlamasıdır.