Elton Məmmədov

Elton Məmmədov

(14 aprel 2020; Bərdə, Ağdam şəhərindən məcburi köçkün, Azərbaycan – 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Elton Məmmədov 2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elton Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elton Məmmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Elton Ramil oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmdov Elton Ramil oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202029.12.2020