Elvin İsgəndərov

Elvin İsgəndərov

(14 avqust 1988; Şabran rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi.

Elvin İsgəndərov 1998-ci il avqustun 14-də Şabran rayonunda anadan olub.

Ailəli idi. 3 övladı yadigar qaldı.

Elvin İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin İsgəndərov oktyabr 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201326.06.201815.12.202024.12.202025.12.2020