Elxan Ramazanov

Elxan Ramazanov

(25 yanvar 2000; Danaçı, Zaqatala rayonu — 22 oktyabr 2020; Bakı şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.

2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb.
Subay idi.

Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)
15.12.202018.12.2020