Fərmin Əliyev

Fərmin Əliyev

(20 mart 1996; Babək rayonu – 27 sentyabr 2020; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Fərmin Əliyev 1996-cı il martın 20-də Babək rayonunu Şıxmahmud kəndində anadan olub. 2002-2011-ci illərdə Şıxmahmud kənd tam orta məktəbində, 2011-2013-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Fərmin Əliyev 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Fərmin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərmin Əliyev sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərmin Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərmin Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
15.12.202015.12.2020