Fuad Məmmədov

Fuad Məmmədov

(1 avqust 1998; Bakı, Azərbaycan – 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Vətən Müharibəsi Şəhidi.

1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə “Helikopter pilotu” ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. “Səma” ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda “Jara” filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub.

21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.