(17 noyabr 1991, Bakı — 20 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə almış və müəllimləri tərəfindən çalışqan bir şagird kimi xarakterizə olunmuşdur. 21 noyabr 2002-ci ildən Şəki şəhər 18 nömrəli orta məktəbdə təhsilini davam etdirir.2006-cı ildə H.Abbasbəyli öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyə|Cəmşid Naxçıvanski adına Hərbi Lisey]]qəbul olur.2009-cu ildə liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır. 4 xarici dil biliyinə malik idi. İdmana xüsusi marağı olan Abbasbəyli Həmid dəfələrlə bir sıra medallarla təltif olunmuşdur.
Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət etmiş və Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Ardınca, Xüsusi Təyinatlı Qüvvələr nəzdnində baş leytenant rütbəsində fəaliyyətini davam etdirmişdir. Bu dövrdə Türkiyə və Çində xüsusi təlimlərdə iştirak etmiş və həmin təlimləri birinciliklə başa vurmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış etmişdir. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil etmiş və “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilmişdir.
Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmış, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında fəal iştirak etmişdir. Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın döyüşləri zamanı şəhid olub.
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilmişdir.
(19.10.2019) — “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı — Rusiya Federasiyası Prezidenti Vladimir Putinin sərəncamı ilə təltif edilmişdir.
(09.12.2020) — “Qarabağ” ordeni — Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif edilmişdir.
(15.12.2020) — “Vətən uğrunda” medalı — Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif edilmişdir.
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı — Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif edilmişdir.
Bakı şəhəri, Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən Abbasbəyli Həmid Cavanşir oğlunun yaşadığı binanın önündə şəhidin adına bulaq və xatirə lövhəsi inşa olunmuşdur. Açılış mərasimi 2021-ci ilin fevral ayının 13-də baş tutmuşdur