(14 iyul 1992; Balakən rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Harun Alqayev 14 iyul 1992-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1998-2006 illərdə Nəsimi adına 2 Nömrəli orta məktəbdə, 2007-2014 illərində Cəmşid Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış və oranı kəşfiyyatçı ixtisası üzrə bitirmişdir.
2015-ci ildən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün ikinci tağım komandiri vəzifəsində , 2016-cı ildə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsində xidmət etmişdir. 2018-ci ildə Baş Leytenant rütbəsini almışdır . 2020-ci ildə isə arzusunda olduğu XTQ daxil olmuş və az müddətdə qrupun baş kəşfiyyatçısı vəzifəsinə layiq görülmüşdür. 27.09.2020 başlayan döyüşlərdə saysız şücaətləri olmuşdur . 10.10.2020 tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(18.12.2020) — “Cəsur döyüşçü” medalı (ölümündən sonra)