Həkim Allahverdiyev Hikmət Əsəd oğlu Cəbrayıl rayonunun Qaracallı kəndində tanınmış ziyalı Əsəd müəllimin ailəsində dünyaya göz açmışdi. Yaşadığı mühitin təsiriilə Hikmət elm yollarında öz izlərini açır həm də vətənə layiqli övlad kimi böyüyürdü.
Tale yollari onu Dövlət Tibb İnstitunun pediatriya şöbəsinə gətirib cıxardı.Lakin irəli atılmaq eşqilə yaşayan bu oğlan vətənə gərəkli olmağı başqa cür düşünürdü.bu dəfə yollar onu Saratov Tibb İnstitunun hərbi-tibb fakultəsinə gətirib çıxardı . Yüksək təhsil almaq hisslərilə bərabər vətən həsrətidə onun qəlbində kök salmışdı. Bu vətənə göndərilən məktublarda öz əksini tapırdı:”Novruz bayramı münasibəti ilə səməni əkmişdim. Amma səməni göyərmədi.Sanki o da qəriblikdə oldugunu bildirmək istəyirdi….” Artıq təhsil illəri başa catmaqdaydı.Altı illik həsrətə sona yetirdi.Mustəqil Azərbaycanin tarixində ilk beş hərbi həkim kimi düşənlərin sirasında Hikmət də var idi… Arxa cəbhədə mütəxəsis hazırlamaq, insanlara xidmət etmək onun vəzifəsi olduğu halda o işlə təmin edilmədi. Kişilik qüruru isə ona kiməsə ağız açmağa mane oldu.Şərəflə yaşamağı üstün tutan daha bir mütəxəsis etinasızlıq nəticəsində öz yerini tapmadı.Lakin o sınmadı əksinə böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı.Bir əlində həkim çantası qanı tökülən insanların köməyi oldu, bir əlində silah torpağımıza soxulan tülkü xislətli ermənilərə qənim kəsildi….. “Kaş yarımçıq qalmayaydı gündəlik ”deyərək qələmə aldığı ürək çırpıntılarında belə qeyd edirdi : ”Bu gün mən hipokrat andını pozaraq ”insana” güllə atdım.Lakin hər bir insanın müqəddəs borcu torpağını qorumaq olduğu üçün özümü günahkar hesab etmirəm.Bu yolda əlimdən nə gəlirsə onu da edəcəm”.Qanlı vuruşmalar , çarpışmalar isə davam edirdi…. 28 iyul 1992-ci il –vətən torpağının daha bir igidin qanı ilə suvarıldığı gün.Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə Hikmət ən ali zirvəyə-şəhidlik zirvəsinə yüksəldi. O doğma ocağında ilk səhid kimi bir vaxt hiddətlə baxdığı dağlarla üzbəüz torpağa tapşırıldı.Sanki öz ölümü ilə düşmənə meydan oxuyurdu bu oğlan….. Ondan bizə yadigar şərəfli həyat yolu , bu yolu özündə əks etdirən həyatı kimi yarımçıq qalmış gündəlik və həyat eşqilə dolu baxışlarını əks etdirən şəkilləridir.
Rahat yat əziz qardaşım.Bu dünyada heç nə əvəzsiz qalmır.Uğrunda həyatını verdiyin bu torpağın yetişdirdiyi igidlər sayəsində sənin arzuların çıçək açacaq ..AMİN!….
Nail Cəfərov 28.07.1992