Quluyev Sahib ( ləqəbi Mirələm )1968-ci ilin dekabırında Qaracallı kəndində dünyaya göz acıb.
1990-cı illərin sonunda məlum hadisələr zamanı,Sahib Quluyev polis orqanlarına işə götürülüb. Qısa müddət ərzində polisdə xidmət göstərən bütün əməkdaşladın dərin hörmət və rəğbətini qazanıb. Cəbrayıl polisinin nəzdində olan 11-12 nəfərlik xüsusi qurupun üzvü olub. Azərbaycanın milli QƏHRƏMANI Şikar Aslanovla yaxın dost olublar Şikarda həmin qurupun üzvü idi. 1992 ci il 2-iyul Şaqax əməliyatı zamanı Şikar Aslanov QƏHRƏMANCASINA halak oldu. Sahib Quluyev Şikarın şəhid olmasından çox sarsıldı. O Şikar Aslanovun qəbri üstə and içdi və dedi Şikar sənin qanını o şərəfsiz ermənilərdən almayınca ölməyəcəm.
1992-ci ilin 15 avqust Cəbrayılda ən Şiddətli ŞİŞ QAYA əməliyatı başladı. Döyüş Mirələmin və Şikarın doğma kəndlərinin lap yaxınlığında gedirdi Süleymanlı-Qaracallı kəndlərinin bu əməliyatda miili ordu, Cəbrayıl polisi və Gəncə batalyonu polkovnik-leytinant Teymurovun başcılığıyla. Cəbrayıl ərasisində gedən döyüşlər zamanı ən çox itki bu döyüşlərdə verilib.Sahib Quluyev bu döyüşə öz arzusuyla qatılıb o başqa istiqamətdə posda olduğu halda ora gəlib. Mirələm deyib mənim kəndimin yaxınlığında döyüş getdiyi halda mən posda dura bilmərəm.Mirələm bu döyüşdə axıra kimi döyüşdü döyüş qurtarandan sonra Mirələmi gördüm deyən olmadı . Bir sözlə Sahib Quluyevin yerini dəqiq bilən olmadı. 19 avqust Fizuli istiqamətində meyitləri dəyişmə prosesi zamanı Mirələmin meyidini Vaqif Əlisoyun gərgin əməyi sayəsində ala bildik. Həmin döyüşdə bizim əsgər və polislərin çox meyitləri onlar tərəfdə qalmışdır.
Sahib Quluyevin dəfn mərasimində yaxın kəndlərin bütün uşaqdan tutmuş böyüyə kimi hamı o cümlədən rayon rəhbərliyi iştirak edirdi. Kənd qəbirəstanlığı ermənilərin postlarından göründüyündən camaatın kütləvi şəkildə iştirakının qarşısını almaq ücün Gəncənin reydivi atryadına tapşırıldıkı camahatın kütləvi iştirakının qarşısı alınsın. Ancaq mümkün olmadı. Hamı bu qəhrəmanla vidalaşmaq üçün hardan gəldi keçib qəbirstanlığa doğru qaçırdı o hadisə hələdə gözümün qarşısında canlanır.
Sahib İslam oğlu Quluyevin il mərasimi kəndimizin işğalıyla bir günə təsadüf etdiyindən il mərasimi verilmədi.