Hüseyn Həmidzadə

Hüseyn Həmidzadə

İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Həmidzadə Hüseyn Akif oğludur.

Hüseyn Həmidzadə 15.10.1995-cı ildə Bakı şəhərində anadan olmuşdur. Vətənə olan bağlılığı, düşmənə olan nifrəti döyüşlər gedən zaman onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon komissarlığına yazılır, qısa müddət ərzində ön cəbhəyə yollanır. Gedərkən valideynlərinə “mənimlə fəxr edəcəksiz” deyib gedir. Həqiqətəndə dediyi kimi olur. Valideynlərinə ömürlərinin sonuna qədər fəxr edəcəkləri bir ad “şəhid valideynləri” adı qoyub gedir.

Xocavənd rayonunun işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır.

Evlə danışarkən onlara Xocalıdakı şəhidlərimizin, general Polad Həşimovun, komandiri Azad Abbasovun qisasını aldıq deyib.

25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüş zamanı ağır yaralanan döyüşçümüz 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Şəhidimiz Şəki rayonunun Oxud kənd məzarlığında dəfn olunub. Hüseyn Həmidzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

İgid əskər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik!

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!