İlham Əliyev

İlham Əliyev

İlham Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi

5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olub.

19 avqust 1990-cı il leytenant İlham Əliyev Qazax rayonunun Əskipara kəndində şəhid olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli, 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gədəbəy rayonunda dəfn edilib.

Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir