İlqar Zeynallı

İlqar Zeynallı

(1995, Cəlilli, Tovuz rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun giziri, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir.

Zeynallı Ilqar Ayaz oğlu,9 iyul 1995-ci il tarixində Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. Həmin kənddə yerləşən məktəbdə orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur. Hərbi həkim işi ixtisasına yiyələndikdən sonra Beyləqanda feldşer(hərbi həkim) kimi xidmətə başlamışdır. Aprel döyüşlərinin fəal iştirakçılarından olub və neçə-neçə yaralı döyüş yoldaşlarına vaxtında ilkin tibbi yardım etmişdir. 2018-ci ildən Tovuz rayonunda xidmətinə davam etmişdir. 2020-ci il 14 iyul tarixində torpaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Anadan olduğu kənddə dəfn olunmuşdur. Subay idi, özündən yaşca böyük qardaşı və kiçik bacısı var.

İlqar Zeynallı Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı dünyasını dəyişib.

İyulun 14-də İlqar Zeynallı, doğulduğu Tovuz rayonunun Cəlilli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləridə qatıldı.