Elşad Məmmədov

Elşad Məmmədov

(1996; Tovuz, Azərbaycan — 12 iyul 2020; Tovuz, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi.

Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.

Ailəli və bir oğul atası idi.

Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Elşad Məmmədov iyulun 13-də doğulduğu Tovuz rayonunda dəfn olundu.