Kənan Seyidov

Kənan Seyidov

Azərbaycan Ordusunun general-mayoru və Xüsusi Təyinatlı Qüvvələrinin Komandan müavini, Vətən müharibəsinin Komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.

Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Kapitan Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.