İlham Mehdiyev

İlham Mehdiyev

(2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant. İkinci Qarabağ müharibəsində Dövlət Sərhəd Qoşunlarının idarəçisi kimi fəaliyyət göstərib, Cəbrayıl və Zəngilanın bir sıra ərazilərinin azad olunmasına və Arazboyu əməliyyatlara rəhbərlik edib.

İlham Mehdiyev 2 avqust 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. Hərbi təhsilini Ukraynada Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində alıb. 1993-cü ildən xidmətdədir. İlham Mehdiyevə general-leytenant rütbəsi 2016-cı ilin avqustunda verilib.

2008-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2019-cu ildə sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

İkinci Qarabağ müharibəsində Zəngilan və Cəbrayılın, xüsusilə Xudafərin körpüsünün azad edilməsi əməliyyatlarına rəhbərlik edib. Müharibədə göstərdiyi şücaətə görə və əməliyyatların uğuruna görə İlham Mehdiyevə 9 Dekabr 2020-də “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı və 25 dekabr 2020-ci ildə “Zəngilanın azad olunmasına görə”. medalı verilib.