Musa Əsgərov

Musa Əsgərov

(17 fevral 1997; Sabirabad, Cəlilabad rayonu — 28 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı, Vətən müharibəsinin Şəhidi.

Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.[1] 2003-2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)də ali təhsil alıb Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202018.12.202029.12.202005.11.202105.11.2021