Xaspolad Qasımov

Xaspolad Qasımov

(14 dekabr 1993; Xızı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi.

Xaspolad Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
15.12.202024.12.202030.12.2020