Xəyyam Daşdəmirov

Xəyyam Daşdəmirov

(22 fevral 2002; İsmayıllı, Azərbaycan — 12 iyul 2020; Tovuz, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi.

Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.

Subay idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olundu.