Tariyel Atayev

Tariyel Atayev

(5 sentyabr 1986; Ağcabədi rayonu – 7 noyabr 2020; Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ​ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı
(ölümündən sonra)
“Şuşanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202029.12.202024.06.2021