Muxtar Babayev

Muxtar Babayev

(25 dekabr 1987; Göytəpə — 2 noyabr 2020; Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.

Muxtar Rəhim oğlu Babayev 1987-ci il dekabrın 25-də Göytəpə şəhərində anadan olub.

Muxtar Babayev 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun kiçik çavuş olan Muxtar Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb.

Muxtar Babayev noyabrın 2-də Xocavənd döyüşləri zamanı Şəhid olub.

Şəhidimiz 4 medalla təltif edilib.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202018.12.202029.12.202024.06.2021