Bahadur Quliyev

Bahadur Quliyev

(25 may 1974; Ağdam rayonu, Gülablı kəndi – 17 aprel 1995; Ağdam rayonu, Qərvənd kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

“Cəsur kəşfiyyatçı ” Quliyev Bahadur Sehriman oğlu 25 may 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 31.05.1984-cü ildə Ağdam rayon Qurban Pirimov Adına Gülablı kənd orta məktəbini bitirib. Atası Rusiya vətəndaşı olduğu üçün orta təhsilini bitirib, sonra ailəsi ilə birlikdə Rusiyanın Volqoqrad vilayətinə köçürlər. İşğaldan öncə Bahadurgil ailədə 6 uşaq olublar – 5 qardaş və 1 bacı. Bahadur ailənin 3 cü övladı idi. Bahadurun hərbi xidmətə marağı çox böyük olub. Bahadurda digər qardaşları kimi Rusiya ordu sıralarına çağrılır və Rusiyanın Kazan şəhərində 1 ay hərbi xidmət keçir. Burada Bahadur Rusiya ordusunda xidmət etməkdən imtina edərək Azərbaycana gəlməyi tələb edir. Həmin vaxtlar Azərbaycanda ermənilər tərəfindən elan olunmamış müharibə başlamışdı. Bahadurun bu hərəkətlərindən xəbər tutan atası ona “2 qardaşın Azərbaycan ordusundadır sən isə bizimlə qal” deyir. Bahadur isə təkidlə söyləyir ki yox mən Azərbaycana getməliyəm.

Bahadurun atasına son sözü bu olur: “məni saxlamayın fikirim qətidir getməliyəm. Ata boş yerə məni Volqaqrada köçürdün. Mən öz vətənimdə qulluq edib könüllü şəkildə hərbidə hərbiçi olaraq qalmaqdır

Bahadurun atasına son sözü bu olur: “məni saxlamayın fikirim qətidir getməliyəm. Ata boş yerə məni Volqaqrada köçürdün. Mən öz vətənimdə qulluq edib könüllü şəkildə hərbidə hərbiçi olaraq qalmaqdır“.

Bahadur bir həftə Volqaqradda qalsa da imtina edib cibində pulu olmadan hərbi formada Azərbaycana gələn yük maşınları ilə Ağdama gəlir. Bahadur Ağdamda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başlayır və burada qısa bir vaxtda bütün cəbhə yoldaşlarının rəğbətini qazanır. Hamı ilə çox səmimi və mehriban olur. Bahadur kəşfiyyat bölüyündə olarkən dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. Bahadurun atası ona sonuncu dəfə pul göndərib deyir ki, vətəninə borcunu verdin artıq evə qayıt. Bahadur atasının göndərdiyi pulu alıb “yaxşı ata bir gün mütləq sənidə anamı da görməyə gələcəm mütləq gələcəm amma indi yox bacımı göndərirəm özümdə gəlib anamı da sənidə qardaşlarımıda görüb qayıdacam mütləq gələcəm”.

17 aprel 1995 ci ildə N saylı hərbi hissəni komandiri bir neçə əsas düşmən mövqeylərindən əsaslı və dəqiq məlumatın gətirilmə tapşırığını verir. 5 nəfərlik qrup yaradılır və qurupun komandiri Xanı ləqəbli əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu, Hacıyev Siyavuş Alxan oğlu, Əliyev Cəfər, Əkbərov Ramil və Quluyev Bahadur 5 nəfər olurlar. Tapşırığa əsasən Ağdam rayonunun Çıraqlı kəndinin ərazisindən keçərək Ağdamın baş Qərvənd kəndinə kəşfiyyat əməliyyatı aparılır bu zaman piyada əlehinə mina partlayır. Bahadur piyada əlehinə minanın partlaması nəticəsində şəhid olur və onun nəşini döyüş yoldaşları neytral ərazidən çıxarırlar.

18 .04.1995 ci ildə Ağdam rayonunu Xındırıstan kənd qəbirstanlığında dəfn edirlər.