Seymur Qocayev

Seymur Qocayev

(d. 29 yanvar 1996; Quba rayon Bağbanlı qəsəbəsi – ö. 7 noyabr 2020 Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı. Vətən müharibəsi şəhidi.

https://www.youtube.com/watch?v=7VksVrDpmxw

Qubanın Bağbanlı qəsəbəsində anadan olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarındandır. 44 günlük Vətən müharibəsində peşəkar kəşfiyyatçı kimi ən öndə savaşan 24 yaşlı Seymur, Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.

Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin qisasını almaq və torpaqlarımızı azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.

Döyüş yoldaşlarının sözlərinə görə, hər zaman irəli getməyə can atırdı Seymur.. O, şiddətli Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalır

Şuşanın azad edilməsindən bir gün əvvəl, şəhid olan Seymura böyük Qələbə sevincini yaşamaq qismət olmadı. Lakin onun və onun kimi igidlərin sayəsində 3 rəngli bayrağımız Şuşaya sancıldı. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə, Seymur Qocayev ölümündən sonra ”Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə” və ”Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
15.12.202029.12.202024.06.202130.12.2020