Nadir Heydərov

Nadir Heydərov

(d. 1 yanvar 1973; Kəlbəcər rayon Mollabayramlı kəndi — ö. 14 may 1994; Kəlbəcər rayonu, Murovdağ) — Birinci Qarabağ müharibəsinin şəhidi.

Heydərov Nadir Heydər oğlu 01 01 1973 cü ildə Kəlbəcər rayon Mollabayramlı kəndində anadan olub. 1991 ci il dekabr ayının 13-ü hərbi xidmətə yollanır. Nadirin ailəsi 1993 cü ildə mənfur düşmənin işğalı nəticəsində öz doğma yurd yuvalarından köçkün düşürlər və İsmayıllı rayon Quşencə kəndində məskunlaşmışlar. Nadir 1-ci Qarabağ muharibəsində bir çox döyüşlərdə qəhrəmanlıq gösdərmişdir. 1994-cü il may ayının 13-də Murovdağda Kəlbəcər rayonu uğrunda gedən Ömərdağ əməliyatında ağır yaralanır və 14 may 1993-cü ildə şəhidlik zirvəsinə ucalır.

Şəhidimiz ailəsinin məskunlaşdığı İsmayıllı rayon Quşencə kəndində torpağa tapşırılır.