Natiq Rüstəmov

(20 iyul 1974, Quzanlı kəndi, Ağdam rayonu – Ağdərə rayonu) —  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Rüstəmov Natiq Nadir oğlu 1974-cü il iyulun 20-də Ağdam rayonunun Quzanlı kənddində doğulub. Quzanlı kənd Orta məktəbini 1991-ci ildə bitirib. Məktəbi bitirdikdən sonra bir müddət Ağdam rayonu tikinti idarəsində fəhlə işləyib.

Natiq Hərbi xidmətə 1992-ci il oktyabrın 6-da çağrılıb. Ağdamın və Ağdərənin bir sıra kəndləri uğrunda sinif yoldaşı Səmədlə və həmkəndlisi Rafiqlə bir yerdə döyüşüblər.

Hətta Ağdərədə bir yerdə mühasirəyə düşüblər. Şahidlərin dediyinə görə, Natiq sinif yoldaşı Səmədi döyüş meydanından çıxarmaq istəyəndə sağ gözündən snaperlə vurulub.

Hər üç yoldaş eyni gündə mühasirəyə düşərək həlak olublar.