Novruz Əsgərov

Novruz Əsgərov

(1 dekabr 1980; Ağdam, Azərbaycan — 27 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Əsgərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)