Nurəddin Hümbətov

Nurəddin Hümbətov

(26 dekabr 1998; Nəbiağalı, Samux rayonu – 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açmışdır. 2004—2016-cı illərdə M. Ə. Sabir adına 1 saylı məktəbdə orta təhsil almışdır. 2017-ci ildə hərbi xidmətə yollanmış, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağ istiqamətində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa—Xocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Döyüşdə fərqlənməyə görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202018.12.202029.12.202029.12.2020