Nurəhməd Ulubəyov

Nurəhməd Ulubəyov

(2 iyun 1996, Bakı, Azərbaycan — 8 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, Vətən müharibəsinin şəhidi.

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1996-cə ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılır. 8 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)