Ramal Məmmədov

Ramal Məmmədov

(1 yanvar 2000, Gəncə – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanmışdır. 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət etmişdir.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır.

Şəhid Məmmədov Ramala komandir və zabit heyyəti tərəfindən Ramalın evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməməyi bildirsələrdə, Ramalı razı sala bilməyiblər. Döyüşlərin ilk başladığı tarixdən, könüllü olaraq ön cəbhəyə yolla düşmüşdür. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir.

Və son olaraq Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ramal Məmmədov böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.