Hacıyev Ramid Nəriman oğlu – 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.
1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur.
Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərmiş, Tabor komandiri olmuşdur. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi almışdır. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunmuşdur.
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır.
İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mayor Hacıyev Ramid Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.