(21 fevral 1975; Kəlbəcər, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi tibb qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı.
Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)