Rüfət Mustafayev

Rüfət Mustafayev

(12 mart 1996; Sumqayıt, Azərbaycan — 12 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə almağa başlamış və 2013-cü ildə həmin məktəbdə məzun olmuşdur. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin “Maşınqayırma və robototexnika” fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü getmişdir.

27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinə əsgər Rüfət Mustafayev də qatılmışdır. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam etmişdir. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.

Oktyabrın 13-də əsgər Rüfət Mustafayevin nəşi əvvəlcə valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Şəhidin cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan avtomobil karvanı ilə Sumqayıt Şəhidlər Xiyabanına yürüş olmuşdur. Rüfət həmin gün Sumqayıt şəhərinin dövlət rəsmilərinin, icra nümayəndəliklərinin, rəhbər şəxslərin və şəhər sakinlərinin iştirakı ilə yaylım atəşi ilə təntənəli şəkildə torpağa tapşırılmışdır.

(15.12.2020) — “Vətən uğrunda” medalı — Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilib.