Yavər Həsənov

Yavər Həsənov

15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur. Yavər Həsənov Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə 1994-cü il Yanvar ayının 7-si qəhrəmancasına şəhid olmuşdur. Qəbri Bakıda Şəhidlər xiyabanındadır. Yavərdən başqa 3-qardaşı da Qarabağ müharibəsində iştirak etmişlər. Onlardan biri Həkim Həsənov müharibədə xəstələnmiş və sonra 2003-cü ildə rəhmətə getmişdir. Yavər Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri idi. O, vətənin uğrunda gedən döyüşlər zamanı bir çox döyüşlərdə öndə gedən döyüşçülərdən olmuşdur.

1994-cü il 07 yanvar Füzulinin Alxanlı kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra Bəytəpə yüksəkliyini ələ keçirirlər, bu uğurlarına çox sevinən Yavərin sevinci uzun çəkmir. O, azğın düşmənin qaçarkən yerə basdırdığı minaya düşür və Şəhid olur. Daim xatirələrdə igidlik simvolu olan Yavər minaya düşməsəydi düşmən gülləsinə çətin tuş gələrdi. O, çox cəsur və mərd idi.

Subay idi.

Onunla cəbhəyə getməzdən bir gün qabaq görüşdük-daha bəsdir qonşu-dedi. Sabah cəbhəyə yollanıram,dözə bilmirəm. İnşallah bir də qələbədən sonra görüşəcəyik. Neçə gün bundan qabaq gördüyüm fikirli,dalğın Yavər deyildi. Heç demə bu neçə günü qəti qərara gəlmək istəyirmiş. İndi çöhrəsində bir yəqinlik hasil olmuşdur… Yavəri vətən, torpaq qeyrəti çəkirdi.Onu elə bu qeyrət də cəbhəyə yağı düşməndən intiqam almağa apardı. Düşmənlə kişi kimi vuruşdu,neçə erməni gəbərtdi. Son döyüşü 1994-cü il Yanvarın 7-də Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda oldu.Həmin gün 6 nəfər döyüşçü yoldaşı ilə kəşfiyyata yollandı. Bu onun son əməliyyatı oldu.Azğın düşmənin geri çəkilərkən qoyub getdiyi ölümsaçan minaya toxundu. Pəhləvan cüssəli Yavər bir göz qırpımında al qana boyandı. Döyüşçü dostu Əkrəm söyləyir ki, O,yarım saatdan çox ölümlə çarpışdı.Son sözü bu oldu: Aximən söz vermişdim ki,qələbə ilə qayıdacağam, məni gavurların əlində qoyub getməyin! Son nəfəsində də intiqam hissi ilə dolu baxışları gözlərim önündən getmir. Hamımızı cəsarətli olmağa çağırırdı.Düşmənə hədsiz nifrəti onun ikinci silahı idi.Qana Qan hissi ilə alışıb yanırdı. Şəhid olduğu günün ertəsi onun dəstəsi Alxanlı kəndini quduz düşməndən təzmizlədilər. Döyüşçü dostları uğrunda vuruşduğu Alxanlıda 60 nəfər erməni faşistini əsir götürdülər. Heyif, Yavər “Məğlubedilməz”dığaların bu yazıq görkəmini görmədi.

İndi neçə gündür ən müqəddəs yerimiz olan Şəhidlər xiyabanından vətənini,xalqını hamımızdan çox sevib uğrunda vuruşub Şəhidlik zirvəsinə ucalan qardaşlarınla bir yerdə uyuyursan, Yavər!

Bacın Surəyyanın ağlamaqdan gözlərinin yaşı qurumur. Bu müharibədə çox bacılar qardaşlarını itirdi.

Atan Murtuz kişiyə bir təsəlli verə bilmədim. O, bircə bunları söylədi:

” “Oğullarımızın ölüm xəbərini dünyaya car çəkin, ağırdır oğul itgisi.”! Yavəri yanvarın 9-da Şəhidlər xiyabanında torpağa tağşırdılar. “
Binəqədi rayonu ərazisində yaşadığı ünvana Yavər Həsənov küçəsi adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.