Elvin Məmmədzadə

Elvin Məmmədzadə

(22 noyabr 1996; Samux rayonu, Azərbaycan – 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Elvin Məmmədzadə 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub.

2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Subay idi.

Elvin Məmmədzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Samux rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)“Vətən uğrunda” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202015.12.202029.12.2020