Ruslan Abbasov

Ruslan Abbasov

(25 may 2000-ci il; Qaradağ rayonu, Sahil qəsəbəsi — 14 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Ailənin sonbeşiyi və yeganə oğul övladı olan Abbasov Ruslan Hikmət oğlu 25 may 2000-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində doğulmuşdu.

Qarabağda başlayan döyüşlərin ilk günlərindən o da döyüşlərə qatılmış və torpaqlarımızın azad olunmasında şücaətlər göstərmişdir. Hərbi xidmətini başa vuraraq oktyabr ayında gələcəkdi. Sayılı günləri qalmışdı qayıtmağına. Əlbəttə ki, Ruslan qayıtdı. Amma ŞƏHİD olaraq döndü ailəsinə, yurduna…

Bacısı ilə danışırdıq. “Tək ümidimiz, hər şeyimiz o idi, bacısını tək qoydu getdi”, dedi. Çətindir… Çox çətindir ailələr üçün.

14 oktyabr…Əsgər Ruslan Abbasov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhadətindən 2 gün sonra, 16 oktyabr tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Şəhidlər xiyabanında 20 yaşlı şəhidimiz torpağa tapşırıldı…