Turxan Allahverdiyev

Turxan Allahverdiyev

(6 aprel 1993-cü il; Gədəbəy rayonu, İnəkboğan kəndi — 6 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycanın Silahli Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Allahverdiyev Turxan Rəsul oğlu 6 aprel 1993-cü ildə Gədəbəy rayonunun İnəkboğan kəndində dünyaya gözlərini açib. Orta təhsilini İnəkboğan kənd məktəbində alib. Məzun olduqdan sonra hərbi xidmətə yollanib. Hərbi xidmət müddəti bitdikdən sonra MAXE olaraq Vətənə xidmətə davam edib.

27 sentyabrda başlayan II Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib. Şəhid olmazdan bir gün əvvəl komandirini mühasirədən çıxarıb, həyatını xilas edib. Noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib.