(1998-ci il; Xaçmaz rayonunun Maqsudkənd kəndi – 16 aprel 2021) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Səbuhi Babək oğlu Hüseynli 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Qusardakı hərbi hissədə MAXE işləyib. Vətən müharibəsi başlayanda şəxsi heyətlə birgə cəbhəyə gedib və qəhrəmanlıqla vuruşub. Oktyabrın 26-da Xocavənddə aldığı qəlpə yarasından baş beyninin zədələnməsi səbəbindən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında və Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunurdu. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
15 aprel 2021-ci ildə Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı şəhid Səbuhi Babək oğlu Hüseynli 7 ay komada qalıb və şəhadətə yüksəlib.
Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb.
Ailəli idi və bir oğul övladı var.