Səddam Həsənov

Səddam Həsənov

(15 oktyabr 1992; Talıbxanlı, Beyləqan rayonu — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Səddam Həsənov 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Talıbxanlı kəndində anadan olub.

Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 17 oktyabr tarixində Vətən müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)