Sərxan Ocaqverdiyev

Sərxan Ocaqverdiyev

16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan təxris olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur.

1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur.

Nişanlı idi.

Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.